- Dünyanın halı
- 24 İyul 16:05
- 1 486
Cənubi Koreyada daşqınlar 23 nəfərin həyatına son qoyub

Cənubi Koreyada leysan yağışlar və daşqınlar nəticəsində 23 nəfər həlak olub, 5 nəfər itkin düşüb .
Bildirilir ki, qurbanların ən çoxu Kyonqsanqnamdo əyalətində (13 nəfər), Kyonqqidoda (altı), Çunçonqnamdoda (üç), Qvanqju şəhərində (bir) qeydə alınıb. Qapyeonq qraflığında üç nəfər itkin düşüb, ehtimal ki, çayın sürətli axını onları aparıb.
Bundan əlavə, leysan yağışları və daşqınların nəticələrinə görə təxliyə edilən 2,2 mindən çox insan öz evlərinə qayıda bilmir.
Mövsüm,
AzNews.az