- Dünyanın halı
- 18:23
- 1 527
Almaniya kansleri Merz İsrailə silah ixracını dayandırdığını açıqlayıb

Almaniya kansleri Fridrix Merz İsrailin Qəzzaya müdaxilə planını təsdiqləməsi ilə bağlı açıqlama verib.
Merz bəyan edib ki, israilli girovların azad edilməsi və atəşkəs danışıqları Almaniyanın əsas prioritetləridir.
"Bu şəraitdə Almaniya hökuməti Qəzzada istifadə oluna biləcək hər hansı hərbi texnikanın növbəti xəbərdarlığa qədər ixracına icazə verməyəcək" deyən Merz Qəzzada dinc əhalinin əziyyət çəkməsindən dərin narahatlığını ifadə edib .
İsrailin baş naziri Benyamin Netanyahu bütün Qəzza zolağının işğalı planını müzakirə etmək və səs vermək üçün Təhlükəsizlik Kabinetini toplayıb.
İsrail baş nazirliyi sosial mediada Qəzzada bir milyon fələstinlinin didərgin düşməsinə səbəb olacaq "tam işğal" planının təsdiqləndiyini açıqlayıb.
10 saat davam edən görüşdən sonra ordunun bütün Qəzzanı nəzarətə götürməyə hazır olacağı açıqlanıb.
Bəyanatda Qəzzada işğala son qoyulması üçün beş şərt irəli sürülüb.
Bu şərtlər aşağıdakı kimi sıralandı:
- HƏMAS-ın tərksilahı
- 20-nin sağ olduğu güman edilən 50 girovun qaytarılması
- Qəzza zolağının tam demilitarizasiyası
- İsrailin bütün Qəzza zolağına nəzarəti
- HƏMAS və Fələstin Muxtariyyətinə alternativ mülki administrasiyanın yaradılması
Mövsüm,
AzNews.az