“Qazaxıstan məcburi nikah və adam oğurluğuna qarşı qanunu sərtləşdirdi”

Qazaxıstanda insan oğurluğu və məcburi nikahla bağlı qanun sərtləşdirilib.

Qazaxıstanda insan oğurluğu və məcburi nikahla bağlı qanunvericiliyə dəyişikliklər edilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) saytında məlumat verilib.

Əvvəllər əgər oğru girovu könüllü azad edirdisə, onu cinayət məsuliyyətindən azad etmək mümkün idi. Lakin indi cinayətkar “hər bir halda qanuna uyğun olaraq məsuliyyət daşıyacaq”.

Bundan əlavə, Qazaxıstanın Cinayət Məcəlləsinə yeni 125-1-ci maddə (“Nikaha məcburetmə”) əlavə olunub. Bu cür əməllərə görə cinayətkara cərimə, islah və ya ictimai işlər, həmçinin azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Mövsüm,

AzNews.az