Sisi Trampı "Nil Ordeni" ilə təltif edə bilər

Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampa ölkənin ən yüksək dövlət mükafatı olan Nil ordeni ilə təltif edilməsinə qərar verib .

Bu barədə əs-Sisinin sözçüsü Əhməd Fəhmi məlumat verib.

“Prezident Əbdülfəttah əs-Sisi ABŞ prezidenti Donald Trampın Nil ordeninə namizədliyini irəli sürmək qərarına gəlib”, o, özünün Facebook səhifəsində yazıb.

O qeyd edib ki, orden Trampın Fələstin-İsrail münaqişəsinin həllinə verdiyi töhfəyə görə veriləcək.

Mövsüm,

AzNews.az