Keniyada 12 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb

Keniyada 12 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

Bu barədə ölkənin Mülki Aviasiya İdarəsi X sosial media platformasında (keçmiş Twitter) məlumat yayıb.

"Keniya Mülki Aviasiya İdarəsi Dianidən Kiçva Temboya uçan 5Y-CCA qeydiyyat nömrəli təyyarənin qəzaya uğradığını təsdiqləyir", - məlumatda deyilir.

Qəzanın səbəblərini və nəticələrini müəyyən etmək üçün hadisə yerinə səlahiyyətlilərin gəldiyi bildirilir.

Mövsüm,

AzNews.az