Tramp noyabrın 6-da Türk liderlərlə görüşəcək

ABŞ prezidenti Donald Tramp noyabrın 6-da beş Mərkəzi Asiya ölkəsinin lideri ilə görüşəcək.

Reuters bu barədə məlumat yayıb.

"Tramp gələn həftə beş Mərkəzi Asiya ölkəsinin lideri ilə görüşəcək", - nəşr yazır.

İlkin məlumata görə, görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

Mövsüm,

AzNews.az