Pakistan sülhməramlı qüvvələrin tərkibində Qəzzaya əsgər göndərmək niyyətindədir

Pakistan ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planı çərçivəsində Qəzza zolağına qoşun göndərməyi nəzərdən keçirir .

Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

"Bu məsələ həll edilməlidir və bu, artıq prosesdədir. Hökumət proses başa çatdıqdan sonra qərar verəcək və mən bundan qabağa getmək istəmirəm", o, Geo News- a müsahibəsində deyib .

Nazirin sözlərinə görə, əgər Pakistan bu işdə iştirak etməlidirsə, belə bir qərar ölkə üçün “şərəf məsələsi” olacaq.

Mövsüm,

AzNews.az