Qazaxıstan İsraillə normallaşma sazişi imzaladı

ABŞ prezidenti Donald Trampın birinci dövründə ərəb dünyası ilə İsrail arasında münasibətləri normallaşdırmaq məqsədi daşıyan İbrahim razılaşmaları həyata keçirilib.

Bu çərçivədə 2020-ci ildə İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında müqavilə imzalanıb.

Ticarətin inkişaf etdirilməsi və əlaqələrin normallaşdırılması məqsədi daşıyan bu müqaviləyə türk dünyasından daha bir ölkə qoşulub.

TÜRK DÖVLƏTLƏRİNİN LİDERLƏRİ AĞ EVDƏ

ABŞ prezidenti Donald Tramp Qazaxıstanın İbrahim razılaşmalarına qoşulmağa rəsmi razılıq verdiyini və imzalanma mərasiminin qısa zamanda keçiriləcəyini açıqlayıb.

Trampın Ağ Evdə verdiyi şam yeməyinə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rəhman, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev qatılıb.

2023-cü ildən sonra dövlət başçıları tərəfindən keçirilən ikinci ABŞ-Mərkəzi Asiya sammitinin açılışında çıxış edən Tramp İbrahim razılaşmalarının Yaxın Şərq və digər regionlar üçün əhəmiyyətli olduğunu bildirib.

" Qazaxıstanın müqaviləyə qoşulmağa rəsmi razılıq verdiyini elan etməkdən çox məmnunam. Bu, rəsmi xəbərdir. Təxminən 15 dəqiqə əvvəl güclü liderə malik böyük bir ölkə İbrahim Sazişlərinə rəsmən qoşuldu. Bu, böyük şərəfdir. Sizinlə birlikdə olmaq həqiqətən də böyük şərəfdir", - Tramp deyib.