- Dünyanın halı
- 22:48
- 677
ABŞ Maduronun istefası ilə bağlı plan hazırlayır
ABŞ Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsindən istefa verəcəyi təqdirdə plan hazırlayır.
Aznews.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Kinqsli Uilson brifinq zamanı bildirib.
O, Venesuela liderinin mümkün istefası ilə bağlı sualı cavablandırarkən deyib: "Departamentin fövqəladə hallar planı var. Dünyanın hər hansı bir yerində gözlənilməz bir şey baş verərsə, cavabımız hazırdır və icra etməyə hazırıq".
Onun sözlərinə görə, ABŞ ordusu bu günə qədər narkotik qruplarına qarşı 21 zərbə endirib: "Bu günə kimi yarımkürəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi şəbəkələrinə qarşı 21 kinetik zərbə endirilib, nəticədə 82 narkoterrorçu həlak olub", - mətbuat katibi aydınlıq gətirib.
Pentaqon rəsmisi həmçinin qeyd edib ki, narkotik terrorçuların məhv edilməsi əməliyyatı yeni başlayıb.
Aznews.az