- Dünyanın halı
- 19:15
- 703
Çinin təkrar istifadə edilə bilən raketi ilk uçuşunda uğursuz oldu
Dünyanın super gücləri arasında iqtisadi yarışla yanaşı, kosmos yarışı da davam edir.
Çin şirkətləri, İlon Maskın SpaceX şirkəti vasitəsilə geniş yayılan yenidən buraxıla bilən raket texnologiyası sahəsində addımlar atır.
Çinin Pekində yerləşən LandSpace şirkəti tərəfindən istehsal edilən ilk təkrar istifadə edilə bilən raketi Zhuque-3 sınaq uçuşunu uğurla başa vura bilməyib.
Zhuque-3-ün ilk uçuşu Çinin şimal-qərbindəki buraxılış meydançasında baş tutub və orbitə uğurla çatıb. Lakin raketin birinci pilləsi alovlanıb və yenidən enişi gözlənilmədən yerə çırpılıb.
"Eniş zamanı birinci pillənin mühərriklərində nasazlıq yaranıb və bu, yumşaq enişin qarşısını alıb. Dağıntılar eniş sahəsinin kənarına düşüb, nəticədə sınaq uğursuzluğu ilə nəticələnib", - CNN-in uçuşla bağlı məqaləsində deyilir.
Eniş uğursuz olsa da, testin yaxşı keçdiyi və əksər hallarda təsirli olduğu qeyd edilib.
Mövsüm,
AzNews.az