Yaponiya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimalındakı Aomori prefekturası sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) bu barədə məlumat yayıb.

Təxminən 20 kilometr dərinlikdə baş verən zəlzələdən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün tsunami xəbərdarlığı elan edilib.

8 dekabrda Yaponiyanın Aomori prefekturasına bağlı Misava sahillərində baş verən 7,5 bal gücündəki zəlzələdə 50 nəfər yaralanmışdı.

JMA yaxın günlərdə buna bənzər və ya daha güclü afterşokların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Mövsüm,

AzNews.az