Kruiz gəmisində yüzlərlə sərnişin naməlum xəstəliyə yoluxdu

“Balmoral” kruiz gəmisində olan yüzlərlə sərnişin naməlum xəstəliyə yoluxduqları üçün Şotlandiyada keçirilən “Up-Helly-Aa” yanğın festivalında iştirak edə bilməyiblər.

Aznews.az xəbər verir ki, bu barədə “The Shetland Times” qəzeti məlumat yayıb.

Şahidlərin sözlərinə görə, təxminən 200 turist ishal və qusma hallarından şikayət edib. Bəzi sərnişinlər kabinələrində təcrid olunmağa məcbur qalıblar. Gəmidə qastroenterit simptomları ilə bağlı məlumatlar sərnişinlərə hər gün paylanıb.

“Fred Olsen Cruises” şirkəti Lervik limanına səfərin ləğvinin əlverişsiz hava şəraiti ilə bağlı olduğunu açıqlayıb.

Səyahət başa çatdıqdan sonra layner Sautqempton limanına qayıdıb. Gəmi tam dezinfeksiya olunana qədər növbəti səfər təxirə salınıb.

Aznews.az