- Qərb
- 22:16
- 1 585
Tramp: Razılaşma olmasa, nə olacağını görəcəyik
Yaxın Şərqdə gərginlik yüksəkdir...
ABŞ İrana mümkün hücuma hazırlıq məqsədilə Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmağa davam etdiyi bir vaxtda Prezident Donald Tramp Tehrana qarşı yeni bir təhdid irəli sürüb.
Ağ Evdə keçirilən prezident fərmanının imzalanma mərasimində Tramp İranla bağlı gündəliyə toxunaraq deyib: "Hazırda İrana çox sayda gəmi göndəririk. Ümid edirəm ki, razılığa gələ bilərik. Əgər razılığa gəlsək, bu yaxşı olardı; gəlməsək, nə olacağını görəcəyik".
Tramp bildirib ki, sözügedən armada Venesuelaya göndərilən armadadan daha böyükdür.
Mövsüm,
AzNews.az