- Dünyanın halı
- 17:12
- 1 918
Türkiyə Qara dənizdə mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlara münasibət bildirib.
Aznews.az xəbər verir ki, 16-cı səfirlər konfransında çıxış edən Ərdoğan mülki gəmilərə hücumlarla bağlı Rusiya və Ukraynaya xəbərdarlıq etdiklərini vurğulayıb.
“Ticarət gəmilərini və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı hər iki tərəfə açıq şəkildə çatdırırıq”, - Ərdoğan qeyd edib.