- Dünyanın halı
- 10:45
- 897
Kambocalılar münaqişə səbəbindən evlərini tərk edir
Taylandla sərhəddəki münaqişə səbəbindən təxminən 525.000 kambocalı evlərini tərk edib.
“Khmer Times” qəzeti bu barədə məlumat yayıb.
Nəşr bildirir ki, "Evlərini tərk edib daha təhlükəsiz ərazilərə köçməyə məcbur olan mülki şəxslərin sayı 525.231 nəfərə çatıb".
Bildirilir ki, 7 dekabrda baş verən hücumlarda 19 mülki şəxs həlak olub, 79 nəfər yaralanıb. Zərbələr nəticəsində həmçinin iki mobil telefon qülləsi, 103 fərdi ev, beş məktəb, üç otel və 11 dövlət ofisi binası da zədələnib.
Mövsüm,
AzNews.az