Suriya yeni valyuta dövriyyəyə buraxır

Bəşər Əsədin devrilməsindən sonra Suriyada islahatlar davam edir.

Bu kontekstdə mövcud valyuta da dəyişdirilir.

Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Həsriyə sosial media hesabında yeni valyutanın tətbiqi ilə bağlı 2025-ci il tarixli 293 nömrəli Fərmanın dərc olunduğunu açıqlayıb.

Həsriyyə qeyd edib ki, yeni valyuta yeni iqtisadi və pul dövrünün başlanğıcını əks etdirən əhəmiyyətli bir milli mərhələdir.

Sədr bildirib ki, yeni valyuta ilə bağlı detallar 28 dekabrda keçiriləcək görüşdə paylaşılacaq.

Mövsüm,

AzNews.az