- Dünyanın halı
- 15:58
- 878
Ukrayna müdafiə nazirinin müavini ən çox ehtiyac duyduqları silahı açıqlayıb
Ukrayna mühüm infrastrukturunu Rusiyanın genişmiqyaslı hücumlarından qorumaq üçün "Patriot" və NASAMS Hava Hücumundan Müdafiə (HHM) kompleksləri üçün əlavə raketlərə ehtiyac duyur.
Aznews.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev NATO-Ukrayna Şurasının iclasında çıxışı zamanı bildirib.
"Rusiya Ukraynaya hücumlar üçün raket və dronların sayını əhəmiyyətli dərəcədə artırıb. Biz təcili olaraq "Patriot" və NASAMS sistemləri üçün əlavə raketlərə ehtiyac duyuruq", - S.Boyev qeyd edib.
O həmçinin müttəfiqləri PURL proqramına və müdafiə sənayesinə, xüsusilə dron əleyhinə vasitələrin inkişafına sərmayə qoymağa çağırıb.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski son sutka ərzində mülki və enerji infrastrukturu obyektlərinə qarşı təxminən 300 dronun, 18 balistik və 7 qanadlı raketin atıldığını bildirib.
AzNews.az