- Dünyanın halı
- 17:06
- 747
Ali Rada Ukraynanın Təhlükəsizlik Xidmətinin rəisini vəzifəsindən azad edib
Ukrayna Ali Radası ölkənin Təhlükəsizlik Xidmətinin rəisinin vəzifəsindən azad olunması ilə bağlı Prezident Volodimir Zelenskinin təqdimatına baxıb.
Aznews.az xəbər verir ki, Ali Rada hazırkı rəis general leytenant Vasiliy Malyuku tutduğu vəzifədən azad edib.
Qeyd edək ki, ötən gün Ali Radanın Müdafiə, Təhlükəsizlik və Kəşfiyyat komitəsi V. Malyukun azad edilməsini dəstəkləməmişdi. Bu gün səhər saatlarında komitənin növbəti iclasında yenidən səsvermə ilə V. Malyukun azad edilməsini dəstəkləyib plenar iclasa tövsiyə ediblər.