İsrail tankları ispan sülhməramlı patrulunu atəşə tutub

İsrail Müdafiə Ordusuna (SAXAL) məxsus üç tank Livanın cənubunda BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) missiyası çərçivəsində yerləşdirilmiş ispan sülhməramlı patruluna atəş açıb.

Bu barədə El Pais qəzeti İspaniya Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail Müdafiə Ordusunun zirehli texnikası UNIFIL missiyası çərçivəsində Livanın cənubunda xidmət edən ispan “mavi dəbilqəlilərinin” (BMT hərbi personalı — red.) patrulunu atəşə tutub.

Qəzetin yazdığına görə, insident 12 yanvar tarixində baş verib. Generalın komandanlığı altında fəaliyyət göstərən İspaniya batalyonunun (SPANBATT) patrulu, bufer zonadakı bazalarını tərk edərək döyüş mövqeləri tutan İsrail tanklarını müşahidə etmək məqsədilə Əl-Xiyam şəhərindən hərəkətə keçib.

Mövsüm,

AzNews.az