- Dünyanın halı
- 19:36
- 942
HƏMAS bu ay yeni lider seçməyi planlaşdırır
HƏMAS hərəkatı bu ay ərzində yeni lider seçməyi planlaşdırır.
Aznews.az xəbər verir ki, bunu "Reuters" agentliyinə təşkilatdakı iki mənbə bildirib.
Hərəkatın rəhbər postu 2024-cü ildə İsrail Yəhya Sinvarı məhv etdikdən sonra boşdur.
Lider postuna əsas namizədlər Xalil əl-Hayya və Xalid Məşal hesab olunur.
Hər iki namizəd Sinvarın ölümündən sonra hərəkatı idarə edən beş nəfərlik rəhbər şuraya daxildir. Onun sələfi İsmayıl Haniyə isə 2024-cü ildə İrana səfəri zamanı İsrail tərəfindən öldürülmüşdü.
Mənbələrin sözlərinə görə, seçki prosesi artıq başlayıb. HƏMAS lideri 50 nəfərlik Şura tərəfindən gizli səsvermə yolu ilə seçilir.