- Dünyanın halı
- 2 Mart 09:09
- 1 166
Kiprdəki Britaniya bazasına hücum edildi!
Böyük Britaniya, ABŞ və İsrailin İrana qarşı hücumları davam edərkən, Kipr Yunan Administrasiyasında ( GCA ) yerləşən Akrotiridəki Britaniya Suveren Bazası, "şübhəli dron hücumu " nun hədəf alındığını və cavab verildiyini bildirib.
BBC-nin məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyi Kiprdəki RAF Akrotiri bazasına edilən hücumla bağlı açıqlama yayıb.
Bəyanatda: "Ərazidəki qüvvələrimizin mühafizəsi ən yüksək səviyyədədir və baza xalqımızı müdafiə etmək üçün cavab verib",-deyə qeyd edilib.
Bu gecə Cənubi Kiprdəki Akrotiri bazasında partlayış səsləri eşidilib, bundan sonra orada yerləşən bəzi qırıcı təyyarələrin havaya qalxdığı müşahidə edilib.
Yunan Kipr Hökumətinin sözçüsü Konstantinos Letymbiotis bildirib ki, Cənubi Kiprdə Britaniyanın nəzarətində olan suveren baza ərazisində baş verən hadisədə pilotsuz uçuş aparatından (PUA) istifadə edilib və məhdud ziyan dəyib.
Mövsüm,
AzNews.az