Pit Heqset: İranla müharibəni ABŞ başlatmayıb, lakin Trampın dövründə onu bitirəcəyik

ABŞ İrana qarşı müharibə başlatmayıb, lakin Prezident Donald Trampın administrasiyası onu bitirəcək.

Aznews.az xəbər verir ki, bunu ABŞ müharibə naziri Pit Heqset İrandakı hərbi əməliyyata həsr olunmuş mətbuat konfransında bəyan edib.

"Bu müharibəni biz başlatmadıq, lakin Prezident Trampın dövründə onu bitirəcəyik", - o deyib.

P.Hesteq, həmçinin İranın nüvə silahı yaratmaq istəyini "inadkarlıq" adlandırıb: "İranın nüvə silahı yaratmağa inadkarlıq cəhdidir. Ballistik raketlərin və zərbə pilotsuz uçuş aparatlarının artan arsenalı artıq (ABŞ üçün) məqbul risk deyil".

P.Heqset qeyd edib ki, İranın Ağ Evin indiki administrasiyası ilə ağlabatan razılaşma bağlamaq şansı var idi, lakin Tehranın hərəkətləri "vaxt udmağa" yönəlmişdi: "Tehran danışıqlar aparmırdı - o, raket ehtiyatlarını artırmaq və nüvə ambisiyalarını bərpa etmək üçün vaxt udurdu. Prezident Tramp belə oyunlar oynamır".

Bununla yanaşı, o vurğulayıb ki, İran nüvə silahına sahib olmayacaq.

Nazir əlavə edib ki, İsraillə birgə əməliyyatda iştirakın məqsədləri realdır və ABŞ-nin maraqlarının müdafiəsinə yönəlib: "Biz bu müharibənin şərtlərini əvvəldən axıra qədər müəyyən edirik. Bizim məqsədlərimiz realdır və maraqlarımızın, insanlarımızın və müttəfiqlərimizin müdafiəsi ilə məhdudlaşır".

O qeyd edib ki, ABŞ-nin İrana qarşı bu əməliyyatı tarixdəki ən mürəkkəb və məqsədyönlü əməliyyatlardan biridir.