- Dünyanın halı
- 18:46
- 857
İordaniya və Livan hava məkanlarını yenidən açıblar
Regionda gərginlik fonunda hava məkanları ilə bağlı qərarlar yenilənməkdə davam edir.
İordaniya ikinci bir açıqlamaya qədər hava məkanını qismən bağladığını bildirmişdi.
“İkinci xəbərdarlığa qədər hava məkanı bağlanıb”
Rəsmi açıqlamada qərarın mövcud regional vəziyyət və beynəlxalq standartlara əsaslanan risk qiymətləndirilməsindən sonra qəbul edildiyi vurğulanıb.
Qeyd olunub ki, tədbir gündəlik tətbiq ediləcək, hava məkanının bağlanma saatları axşam 18:00-dan başlayaraq ertəsi gün səhər 09:00-dək davam edəcək. Qərar mülki aviasiyanın təhlükəsizliyini təmin etmək məqsədilə qüvvədə olacaq.
İordaniya və Livan istiqamətində uçuşlar 6 martadək, İran istiqamətində isə 12 martadək ləğv edilmişdi.
Hava məkanı yenidən açılıb
Hava məkanlarının vəziyyəti təhlükəsizlik şərtlərinə uyğun olaraq izlənilir.
Son məlumata görə, İordaniya və Livanın hava məkanı yenidən açılıb.
Mövsüm,
AzNews.az