- Dünyanın halı
- 19:15
- 1 261
Hizbullah İsrail PUA-sını vurub
Hizbullah bu gün Livanda İsrailə məxsus pilotsuz təyyarəni vurduğunu və İsrail Müdafiə Qüvvələrinin tanklarına atəş açdığını iddia edir.
Açıqlamada deyilir: “Cinayətkar İsrail təcavüzünə cavab olaraq… İslam Müqaviməti Nəbatiyə səmasında İsrailə məxsus pilotsuz uçuş aparatını uyğun silahlardan istifadə edərək vurub”.
Ayrı-ayrı açıqlamalarda Hizbullah Livanın Kfar Şouba və Kfarkela kəndləri yaxınlığında İsrailin Merkava tanklarına atəş açdığını iddia edir.
İsrail Müdafiə Qüvvələri iddialarla bağlı heç bir şərh verməyib.
Mövsüm,
AzNews.az