- Dünyanın halı
- 14:31
- 1 564
Qətər İranın Bəhreyndə dəniz qüvvələrinin yerləşdiyi binalara hücumunu pisləyib
Qətər Xarici İşlər Nazirliyi İranın Bəhreyndə Qətər Əmirliyi Hərbi Dəniz Qüvvələrinin üzvlərinin yerləşdiyi binalara hücumunu pisləyib.
X-də dərc olunmuş açıqlamada nazirlik hücumu "açıq-aşkar düşmənçilik aktı" və Bəhreynin suverenliyinin "kobud şəkildə pozulması" adlandırıb və bunun ölkənin təhlükəsizliyinə və regional sabitliyə birbaşa təhdid yaratdığını bildirib.
Bildirilib ki, hədəf alınan ərazilərdə yerləşən və Körfəz Əməkdaşlıq Şurasının vahid hərbi komandanlığı altında birgə dəniz əməliyyatları mərkəzində iştirak edən Qətər dəniz qüvvələrinin şəxsi heyəti təhlükəsizdir və heç bir xəsarət qeydə alınmayıb.
Nazirlik Bəhreynlə tam həmrəyliyini ifadə edib və eskalasiyaya son qoymağa və beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə riayət etməyə çağırıb.
Mövsüm,
AzNews.az