İsrail ordusu Beyrutdakı İİKK-nın qərargahına zərbə endirdiyini bildirib

Bu günortadan sonra Beyrutun cənub ətraf ərazilərinə hava hücumları dalğası zamanı İsrail Müdafiə Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına, eləcə də Hizbullahın bir neçə obyektinə zərbələr endirdiyini bildirib.

Bu barədə “Times of Israel” məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, qərargah İİKK-nın hava qüvvələrinə xidmət edirdi.

Bundan əlavə, ordu Hizbullahın üç qərargahına - terrorçu qrupun dəniz qüvvələrinə, icra şurasına və maliyyə bölməsinə zərbələr endirdiyini bildirir.

İsrail Müdafiə Qüvvələri bildirir ki, qərargah Hizbullah tərəfindən İsrailə hücumları irəli aparmaq üçün istifadə edilib.

Mövsüm,

AzNews.az