Qətər Müdafiə Nazirliyi: İrandan atılan 9 PUA zərərsizləşdirilib

"İran İslam Respublikasından gələn və 10 PUA-nın daxil olduğu hücum dalğalarına məruz qalıb".

Bu barədə ​Qətər Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilib.

​9 PUA zərərsizləşdirilib

​Açıqlamada 9 PUA-nın uğurla zərərsizləşdirildiyi, 1 PUA-nın isə kimsəsiz bir əraziyə düşdüyü qeyd olunub.

​Qətər silahlı qüvvələrinin ölkənin suverenliyini və ərazilərini qorumaq üçün lazımi imkan və resurslara malik olduğu vurğulanan bəyanatda, xalqa, sakinlərə və qonaqlara sakitliyi qorumaq, təhlükəsizlik orqanlarının təlimatlarına əməl etmək barədə çağırış edilib.

Mövsüm,

AzNews.az