- Dünyanın halı
- 11:25
- 1 927
Səudiyyə Ərəbistanı neft yataqlarına edilən hücumların qarşısını aldığını açıqlayıb
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi paytaxt Ər-Riyad və ölkənin cənub-şərqindəki Şeybə neft yatağına təşkil edilən pilotsuz uçuş aparatı (PUA) hücumlarının hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edildiyini açıqlayıb.
Nazirliyin sosial media hesabından verilən məlumatda paytaxt Ər-Riyadın şərqində bir PUA hücumunun qarşısının alındığı bildirilib.
Nazirliyin digər bir açıqlamasında isə ölkənin cənub-şərqində, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sərhədi yaxınlığındakı Şeybə neft yatağına doğru 2 PUA ilə həyata keçirilən hücumun qarşısının alındığı vurğulanıb.
Məlumatda, "Şeybə neft yatağına doğru hərəkət edən 2 PUA Rub-əl-Xali səhrasında məhv edilib", — deyə qeyd olunub.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi qısa müddət əvvəl ölkənin şərqindəki Əl-Xarc şəhərində yerləşən Şahzadə Sultan aviabazasına atılan ballistik raketin də zərərsizləşdirildiyini bəyan etmişdi.
Mövsüm,
AzNews.az