Donald Tramp: İranla müharibəni Netanyahu ilə birlikdə bitirəcəyik

ABŞ prezidenti Donald Tramp İranla müharibənin nə vaxt bitəcəyi ilə bağlı qərarın Baş nazir Binyamin Netanyahu ilə birlikdə "qarşılıqlı" olacağını bildirib.

Bu barədə ABŞ prezidenti “Times of Israel” qəzetinə müsahibəsində qeyd edib.

Tramp qısa telefon müsahibəsində həmçinin bildirib ki, əgər o və Netanyahu olmasaydılar, İslam Respublikası İsraili məhv edərdi. “İran İsraili və ətrafındakı hər şeyi məhv edəcəkdi... Biz birlikdə işləmişik. Biz İsraili məhv etmək istəyən bir ölkəni məhv etdik”.

ABŞ prezidentindən İranla müharibənin nə vaxt bitəcəyinə təkbaşına qərar verib-verməyəcəyi, yoxsa Netanyahunun da söz sahibi olub-olmayacağı soruşulub.

“Düşünürəm ki, bu, qarşılıqlıdır... Biz danışırdıq. Düzgün vaxtda qərar verəcəyəm, amma hər şey nəzərə alınacaq”, - deyə o cavab verərək Netanyahunun fikir bildirəcəyini, son sözü isə ABŞ prezidentinin deyəcəyini bildirib.

ABŞ-ın zərbələrini dayandırmaq qərarına gəldikdən sonra belə İsrailin İrana qarşı müharibəni davam etdirə biləcəyi barədə suala Tramp nəzəri ehtimalı qəbul etməkdən imtina edib və əlavə edib: "Düşünmürəm ki, buna ehtiyac olacaq".

Mövsüm,

AzNews.az