- Dünyanın halı
- 11:57
- 642
Netanyahu: İran rejiminin sonu İran xalqının "zülm boyunduruğunu atmaq" iradəsindən asılıdır
İrandakı rejimi devirmək İran xalqının əlindədir.
Bu barədə İsrailin baş nazir Benyamin Netanyahu bildirib.
Dünən gecə saatlarında Milli Səhiyyə Fövqəladə Hallar Əməliyyat Mərkəzinə səfəri zamanı Netanyahu deyib: "Bizim arzumuz İran xalqının bu zülm boyunduruğundan qurtulmasına nail olmaqdır. Sonda hər şey onlardan asılıdır. Lakin şübhəsiz ki, indiyədək atılan addımlarla biz onların sümüklərini qırırıq və qolumuz hələ də uzadılmış vəziyyətdədir".
"Əgər İran xalqı ilə birlikdə buna nail olsaq, rejimə birdəfəlik son qoyacağıq — əgər millətlərin həyatında belə bir şey mümkündürsə — və dəyişikliyə nail olacağıq", — deyə Netanyahu əlavə edib.
Mövsüm,
AzNews.az