- Dünyanın halı
- 18:28
- 2 106
Banqladeşdə sərnişin avtobusu çaya düşüb: ölənlər var
Banqladeşin paytaxtı Dəkkədə dəhşətli qəza baş verib.
Paytaxt Dəkkədən 100 km aralıda, Racbari bölgəsində yerləşən Daulatdiada ən azı 40 sərnişin daşıyan sərnişin avtobusu bərə istiqamətində gedərkən Padma çayına düşüb.
Banqladeş polisi avtobusun çaya düşməsi və təxminən 9 km dərinlikdə batması nəticəsində 24 nəfərin öldüyünü açıqlayıb.
Yanğınsöndürmə idarəsinin rəsmisi Bin Zasim bildirib ki, hadisədən sonra ordu, polis, sahil mühafizəsi, 10 dalğıc və yerli hakimiyyət orqanları tərəfindən axtarış-xilasetmə əməliyyatları aparılıb və çaya batan avtobusdan 5-i uşaq olmaqla 22 nəfər çıxarılıb.
Hakimiyyət orqanları çoxsaylı itkilərin ola biləcəyini bildirib.
Mövsüm,
AzNews.az