BMT köləliklə bağlı tarixi qərar qəbul edib

Birləşmiş Millətlər (BM) Baş Assambleyası, əsrlər boyu davam edən və milyonlarla qaradərili insanın həyatına mənfi təsir göstərən köləlik sistemini rəsmi olaraq “insanlığa qarşı törədilmiş ən böyük cinayət” kimi tanıyan qətnamə layihəsini qəbul edib.

Tarixi səsvermədə, dünya üzrə böyük bir razılıq əldə olunub. ABŞ, həmçinin İsrail və Argentina layihəyə “Xeyr” səsi verib. Əksəriyyəti Avropa ölkələrindən ibarət olan 50-dən çox üzv ölkə səsvermədə bitərəf qalıb, Çin və Rusiya isə layihəni dəstəkləyib. ABŞ nümayəndəsi, rədd səsi vermələrinin səbəbini belə izah edib:

“ABŞ, tarixi səhvlərin, yalnız bu qurbanlarla uzaq əlaqəsi olan şəxslərə maliyyə ötürmək (təminat) məqsədilə bir təzyiq vasitəsi kimi sui-istifadə olunmasına qəti şəkildə etiraz edir. Həmçinin, insanlığa qarşı törədilmiş cinayətlərin hər hansı şəkildə sıralanması cəhdinə də qarşıyıq.”

Qəbul edilmiş qərar üzv ölkələrə maddi təzminat ödəmə məcburiyyəti gətirməsə də, “simvolik bir qələbə” kimi qiymətləndirilir.

Mövsüm,

AzNews.az