İranın raket arsenalının üçdə biri məhv edilib

ABŞ kəşfiyyatına yaxın mənbələrin bildirdiyinə görə, ABŞ İranın raket arsenalının təxminən üçdə birini məhv etdiyini dəqiqliklə təsdiqləyə bilir, daha bir üçdə bir hissənin vəziyyəti isə qeyri-müəyyən olaraq qalır.

Bu barədə Reuters məlumat yayıb.

Mənbələr bildirir ki, bombardmanlar qalan raketlərin bir hissəsini zədələyib, məhv edib və ya yeraltı obyektlərdə basdırıb. Bununla belə, İran hələ də əhəmiyyətli silah ehtiyatına malikdir və döyüşlərdən sonra bəzi silahları bərpa edə bilər.

ABŞ və İsrailin həftələrlə davam edən hücumlarına baxmayaraq, İran raket və pilotsuz uçuş aparatları ilə hücumlarını davam etdirir.

Mövsüm,

AzNews.az