- Dünyanın halı
- 20:19
- 1 618
İran Əbu-Dabidə alüminium zavoduna zərbələr endirib, yaralananlar var
İran "Emirates Global Aluminium" şirkətinin Əbu-Dabidəki zavoduna zərbələr endirib.
Aznews.az xəbər verir ki, bu barədə "Emirates Global Aluminium" şirkəti məlumat yayıb.
Şirkət İranın raket və dron hücumları nəticəsində Əbu-Dabidəki Əl-Tavilah zavoduna ciddi ziyan dəydiyini bildirib.
Məlumata görə, hücum nəticəsində bir neçə işçi yaralanıb.
Qeyd edək ki, müəssisədə böyük bir alüminium əritmə zavodu və alüminium emalı kompleksi yerləşir.