Çin və Şimali Koreya arasında sərnişin uçuşları bərpa olunub

Çinin bayraqdar aviaşirkəti olan Air China-nın veb saytında yer alan uçuş məlumatlarına görə, CA121 reysi Pekin Beynəlxalq Hava Limanından yerli vaxtla saat 08:05-də yola düşüb və saat 11:00-da Pxenyan Sunan Beynəlxalq Hava Limanına enib.

Air China daha əvvəl Pekin-Pxenyan istiqamətində "CA121/CA122" təyinatlı uçuşlarını 30 martdan etibarən bərpa edəcəyini açıqlamışdı . Şirkət bu marşrut üzrə həftəlik gediş-dönüş uçuşlarını Boeing 737-800 təyyarələri ilə həyata keçirməyi planlaşdırır.

Şimali Koreyanın Air Koryo aviaşirkəti 2023-cü ilin sonunda Çinə sərnişin uçuşlarını bərpa edib. Şirkət hazırda həftədə iki dəfə Çinin Pekin və Şenyanq şəhərlərinə uçuşlar həyata keçirir.

Covid-19 pandemiyası səbəbindən dayandırılan Çin və Şimali Koreya arasında qatar xidmətləri də martın ortalarında bərpa edilmişdi. Uçuşların bərpası ilə müntəzəm hava səyahətləri də bərpa edilib.

Mövsüm,

AzNews.az