- Dünyanın halı
- 12:14
- 1 020
Yaponiyada dəhşətli qəza baş verib
Yaponiyada mikroavtobus və daha iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir yuxarı sinif şagirdi həyatını itirib, 26 nəfər isə yaralanıb.
Bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, qəza Fukusima prefekturasında yerləşən Ban-etsu sürətli avtomobil yolunda səhər saatlarında baş verib. Hadisə Niigata prefekturasından olan məktəbliləri daşıyan mikroavtobusun iştirakı ilə qeydə alınıb.
Bildirilir ki, dərsdənkənar tədbirə gedən şagirdləri aparan mikroavtobus yol kənarındakı təhlükəsizlik amortizatoruna çırpılıb. Nəticədə zəncirvari qəza baş verib və daha iki nəqliyyat vasitəsi hadisəyə cəlb olunub.
Mövsüm,
AzNews.az