- Dünyanın halı
- 12:23
- 981
Latviya Rusiyaya nota verdi
Latviya Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki müvəqqəti işlər vəkili Dmitri Kasatkini nazirliyə çağıraraq Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Latviya ərazisinə düşməsi ilə bağlı etiraz notası təqdim edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Latviyanın hava məkanı üzərindən uçan Ukrayna dronlarının Sankt-Peterburq yaxınlığında mülki obyektlərə hücum etməyə cəhd göstərdiyini açıqlamışdı.
Məlumata görə, Rusiya kəşfiyyatı gecə saatlarında altı PUA aşkarlayıb. Daha sonra həmin dronlardan beşi Latviyanın şərqində yerləşən Rezekne şəhəri yaxınlığında radarlardan itib, biri isə Rusiya səmasında vurulub.
Latviya XİN isə bəyan edib ki, Ukraynadakı münaqişə bütün Baltik regionu üçün bu cür insident riskləri yaradır. Rəsmi Riqa həmçinin vurğulayıb ki, heç vaxt Kiyevə öz hava məkanından Rusiyaya zərbə endirmək üçün istifadə icazəsi verməyib.
Mövsüm,
AzNews.az