- Dünyanın halı
- 15:19
- 977
Zelenski: Trampın nümayəndələri mayın sonu Kiyevə gələ bilər
ABŞ Prezidenti Donald Trampın nümayəndələrinin Kiyevə səfər qrafiki razılaşdırılır və Ukrayna tərəfi Amerika nümayəndə heyətini mayın sonu və ya iyunun əvvəlində gözləyir.
Zelenski Facebook hesabında paylaşdığı açıqlamada bunu Rustem Umerovun ABŞ-də keçirdiyi görüşlərdən sonra bildirib.

“Danışıqlar məzmunludur. Zəruri səfərlərin qrafikini razılaşdırırıq və yazla yayın qovşağında Amerika prezidentinin nümayəndələrini Kiyevdə gözləyirik. Ümid edirik ki, bu dəfə planlaşdırılanları həyata keçirmək və diplomatiyanı aktivləşdirmək mümkün olacaq”, — deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, ABŞ-də humanitar məsələlər, xüsusilə hərbi əsirlərin mübadiləsinin davam etdirilməsi də müzakirə olunub.
Zelenski əlavə edib ki, təhlükəsizlik zəmanətlərini təmin edə biləcək razılaşmaların detalları üzərində iş aparılır:
“Konstruktiv yanaşma var və Ukraynanı, eləcə də ABŞ ilə ikitərəfli münasibətləri gücləndirərək sülhə doğru irəliləmək lazımdır.”
Qeyd edək ki, Rustem Umerov ABŞ-yə səfəri çərçivəsində Mayamidə amerikalı rəsmilərlə bir sıra görüşlər keçirib. Bu görüşlər Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar prosesində yaranmış durğunluq fonunda baş tutub.
Mövsüm,
AzNews.az