- Qərb
- 15:41
- 912
Starmer: Baş nazir vəzifəsindən istefa vermək niyyətim yoxdur
Böyük Britaniyanın baş naziri Kir Starmer seçkilərdə Leyboristlər Partiyasının regional uğursuzluqlarına baxmayaraq istefa vermək niyyətində olmadığını bildirib.
O, bu barədə Sky News kanalına verdiyi açıqlamada danışıb.
“Xeyr, mən istefa verməyi və ölkəni xaosa sürükləməyi düşünmürəm”, — deyə Kir Starmer qeyd edib.
Mövsüm,
AzNews.az