Bu, Eleni Teoxarusun ayağına yazılan analoji ilk problem deyil. Bu, Eleni Teoxarusun ayağına yazılan analoji ilk problem deyil.

“Albaniya Teoxarusu qara siyahıya salanda təəccüblənmədim” - Politoloq

Bu, Eleni Teoxarusun ayağına yazılan analoji ilk problem deyil.

Cənubi Kiprin Avropa Parlamentindəki deputatı Eleni Teoxarus konstitusiya quruluşuna qarşı çıxmaq və ictimai təhlükəsizliyi təhdid edən ekstremist çağırışlar səbəbiylə Albaniya hökuməti tərəfindən “arzuolunmaz şəxs” (“persona non qrata” – red.) elan edilib. Qərar Albaniya Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən birgə qəbul edilib. Yunanıstan-İtaliya müharibəsi zamanı Albaniya ərazisində həlak olmuş yunan əsgərlərinin şərəfinə iki həftə əvvəl keçirilən yubiley mərasimində etnik yunan azlığının üzvləri tərəfindən Albaniyanın polis qüvvələrinə atəş açılıb. Atışma zamanı silahlılardan biri Kostantinos Kacifas öldürülüb.

Bu, Eleni Teoxarusun ayağına yazılan analoji ilk problem deyil. Qanlı separatçılıq və etnik təmizləməni təşviq edən Eleni Teoxarus ötən il Ermənistanın təcavüzü altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Eleni Teoxarus Cənubi Kipr parlamentinin üzvləri Yorqos Perdikis və Mikayis Giorqalasla birlikdə Xankəndində olublar. Qanunsuz səfərə Azərbaycan tərəfindən rəsmi olaraq etiraz edilib.

Məsələni şərh edən politoloq Elçin Mirzəbəyli Eleni Teoxarusun “arzuolunmaz şəxs” elan edilməsinin tsəsadüfi olmadığını deyib:

“Əvvəla, adətən, Ermənistanla və Azərbaycanın işğal altındakı ərazilərində formalaşdırılmış separatçı rejimlə əlaqəsi olan şəxslərin sonradan bu və ya digər şəkildə cinayətkar qruplarla münasibətinin ortaya çıxmasının dünya miqyasında bir neçə nümunəsi var. Bu fakt bir neçə ölkədə artıq öz təsdiqini tapıb: İspaniyanın Kataloniya əyalətində baş verən həbslər zamanı, erməni mafiyasının üzvlərinin Belçikada, Fransada və digər ölkələrdə olan deputatlarla əlaqədə olması və s. Yenə də eyni fakt Almaniyada aparılan araşdırmalar və istintaq zamanı təsdiqini tapdı. Hələ 2012-ci ildə buna bənzər faktlar Amerika Birləşmiş Ştatlarının müxtəlif bölgələrində də ortaya çıxmışdı.

Uzun illərdir ki, ölkəmiz də işğal altında olan bölgələrdə cinayətkar qruplaşmaların yerləşdiyini, həmin ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsinin təşkil olunduğunu, eyni zamanda, çirkli pulların yuyulmasında həmin ərazilərdən istifadə olunduğunu dəfələrlə bildirib. Bununla bağlı dəfələrlə Azərbaycan tərəfindən iddia qaldırılıb. Son faktın özü də sübuta yetirir ki, belə şəxslər adətən həm cinayətkar qruplarla əlaqədə olurlar, həm də onların əməllərində qeyri-qanuni amillər var. Avropa Parlamentinin deputatı siyasi cəhətdən kifayət qədər yetkin insandır. Və onu hər hansı bir formada Azərbaycanın işğal altında olan ərazilərinə məcburi səfərini təşkil etmək mümkün olmamalıdır. Sıravi vətəndaşlarla bu hadisə baş verəndə müəyyən qədər anlamaq olar. Ancaq Avropa Parlamentinin nümayəndəsi və yaxud hansısa siyasətçi ilə eyni hadisənin baş verməsi ağlasığmazdır.

Bu aspektdən yanaşdıqda, belə şəxslərin əməllərində hər zaman cinayət xarakteri olur. Doğrusu, Albaniya adıçəkilən şəxsi qara siyahıya salanda təəccüblənmədim. Çünki bir çox araşdırmlar bu tip şəxslərin çirkli əməllərlə məşğul olduğunu həmişə ortaya qoyub.

© AzNews.az