“Bakıda tıxac ciddi narahatlıq yaradır” - Fazil Mustafa

"Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək"

“Bakıda tıxac ciddi narahatlıq yaradır. Biz bunu niyə həll etmirik?”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, tıxaclara görə minlərlə insan yollarda qalır, işə gecikir: “Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Nəqliyyat idarə olunur, amma intellekti görmürük. Tıxacı yaradan əsasən avtobuslardır, bütün yolu tuturlar. Azca yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək”.

Elgün
AzNews.az