2019-cu ildə böyük layihələrin icrası davam etdiriləcək - Deputat

"Bu il ölkəmiz dayanıqlı inkişafla dünyada öz mövqeyini daha da möhkəmləndirdi".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov dedi.

O, geridə qoyduğumuz 2018-ci ilin hadisələrini dəyərləndirərkən bildirdi ki, bu il bütövlükdə Azərbaycan üçün uğurlu illərdən biri oldu. Xüsusən də 2018-ci il Azərbaycan xalqının sevimlisi, etibar etdiyi Ulu öndərin siyasi varisi İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən Prezident seçilməsi ilə daha çox yadda qaldı.

Onun sözlərinə görə, ölləmizdə kənd təsərrüfatının bütün istiqamətlərdə inkişaf etdirilməsi, yeni-yeni sənaye parklarının, sənaye məhəllələrinin, aqroparkların və digər istehsal sahələrinin inkişaf etdirilməsi əhalinin məşğulluğuna xidmət edir. Ölkəmizin uğurlu inkişafı nəticəsində ixrac idxalı üstələyir, Azərbaycan brendi adı ilə dünya standartlarına uyğun istehsal edilmiş məhsullarımız dünyanın inkişaf etmiş ölkələrinə ixrac olunur:

"Regionların inkşafı xeyli sürətləndi, əhalinin sosial durumu yaxşılaşdı, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən bir sıra layihələr həyata keçirildi. Bir sözlə, ölkəmiz möhtərəm Prezidentimizin rəhbərliyi ilə durmadan inkişaf edir. 2018-ci il ölkəmizə uğur gətirən illərdən biri kimi xalqımızın yaddaşında qalacaqdır. 2019-cu ildə əsası əvvəlki illərdə qoyulmuş böyük layihələr davam etdiriləcək. Prezidentimizin ölkəmizin inkişafı, əhalinin yaşayış səviyyəsinin daha da yüksəldilməsi məqsədilə qarşıya qoyduğu bütün məsələlər həmişə olduğu kimi vaxtında və keyfiyyətlə yerinə yetiriləcəkdir".

Elgün
AzNews.az