"Ən az itki, ən qısa zaman, ən böyük nəticə”

Birinci Qarabağ müharibəsi ilə müqayisədə bu 4 dəfə azdır

“Bu gün təxminən, azad edilən ərazinin ümumi sahəsi 12 min kv km, şəhid sayımız isə 2800 civarındadır. Yəni hər azad edilən bir faiz ərazi üçün verdiyimiz şəhid sayı təxminən, 231 nəfər təşkil edir”.

AzNews.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsi ilə müqayisədə bu 4 dəfə azdır.

“Birinci Qarabağ savaşında onların itkiləri 6 min nəfər idi, amma bizim torpaqlar da işğal edilmişdi. Bu gün onların iktilərinin sayı ilkin məlumata görə (gizlədərək) 6 min nəfərdən çoxdur, yaralıların sayı isə müvafiq olaraq 10 minlərlə ölçülür.

Eyni zamanda, işğal etdikləri torpaqlar azad edildi, bütün hərbi sənayeləri məhv edildi, iqtisadi potensialı sıfırlandı, dövlət məhv olmağa başlayıb, borc içərisində sürünür", - deyə Ə.Əlibəyli əlavə edib.

Ekspert vurğulayıb ki, Azərbaycan dövləti üçün vətəndaşının canı hər şeydən qiymətlidir. Savaş zəngi çalınan gün əhalimiz on minlərlə övladını şəhid verməyə razı olduğunu bütün dünyaya zəfər yürüşləri ilə göstərdi. Yekun: ən az itki, ən qısa zaman, ən böyük nəticə.

Səidə

AzNews.az