"Dəhliz problemi həllini tapdıqdan sonra, Qazağın 7 kəndi və digər məsələlər də həll olunacaq”. "Dəhliz problemi həllini tapdıqdan sonra, Qazağın 7 kəndi və digər məsələlər də həll olunacaq”.

40 kənd və bir rayon Ermənistanın nəzarətindən çıxdı - DETALLAR

"Dəhliz problemi həllini tapdıqdan sonra, Qazağın 7 kəndi və digər məsələlər də həll olunacaq”.

Əziz Əlibəyli: “10 noyabr sazişi əsasında indiyə qədər Azərbaycana 30-dan artıq kənd qaytarılıb”

44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Düşməni döyüş meydanında darmadağın edən şanlı ordu, öz əzəli və əbədi torpaqlarını işğaldan azad etdi. Ermənistanın məğlubiyyətini əks etdirən 10 noyabr bəyanatından sonra sərhədlərin müəyyən edilməsi (demarkasiya) nəticəsində yeni ərazilər Azərbaycana təhvil verilir.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-a şərh edən politoloq Əziz Əlibəyli deyir ki, 10 noyabr sazişi əsasında indiyə qədər Azərbaycana 30-dan artıq kənd qaytarılıb: “Bunlar Cəbrayılın, Qubadlının və Laçının müəyyən kəndləridir ki, döyüş nəticəsində onlar qaytarılmamışdı. Qazağın 7 kəndi və Kərkinin məsələsi ona görə həll olunmalıdır ki, dəhliz problemi öz həllini tapsın. Dəhliz problemi həllini tapdıqdan sonra, Qazağın 7 kəndi və digər məsələlər həll olunacaq”.

Əziz Əlibəylinin sözlərinə görə, demarkasiya nəticəsində Ermənistanın 40 kəndi və Qeqarkunik rayonu Azərbaycan əsgərinin nəzarəti altına düşüb: “Qeqarkunik rayonu Göyçə gölünün sahillərini əhatə edir. Bu ərazilər Göyçənin qədim Kəvər elləri dediyimiz bölgələrə aiddir. O bölgələrin Azərbaycanla sərhəd olan hissələrində – Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Qubadlı və digər rayonlarda Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının əsgərləri döyüş xidməti həyata keçirirlər. Bu bölgələrdə həm sərhədin tam şəkildə təmin edilməsi, həm də demarkasiya ilə bağlı yeni sərhədlərin müəyyənləşdirilməsi nəticəsində 40-a yaxın kənd və Qeqarkunik şəhəri Azərbaycan əsgərinin nişangahı altına düşüb”.