Politoloq Zaur Məmmədov: "İndi top Rusiya tərəfindədir" Politoloq Zaur Məmmədov: "İndi top Rusiya tərəfindədir"

"Ermənilərin arxalandığı qüvvələr var idi" - ŞƏRH

Politoloq Zaur Məmmədov: "İndi top Rusiya tərəfindədir"

Şuşa ətrafında M tipli İsgəndər raketlərinin tapılması ciddi suallar yaradır. Bilirik ki, həmin raketlər 480-500 radiusludur, onların istifadəsi qəti şəkildə qadağandır. Təəssüflər olsun ki, 44 günlük müharibədə Ermənistandan atılan bu raketlərin istifadəsinə kimin göstərişi ilə icazə verilməsi məlum deyil.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Politoloqlar klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, ANAMA nümayəndələri tamamilə real faktlara əsaslanaraq KİV-lərə Bakının mərkəzində raket qalıqlarını nümayiş etdirdi və bir çox məsələlərə aydınlıq gətirdilər.

“İndi top Rusiya tərəfindədir. Ona görə ki, Azərbaycanda ANAMA-nın bu məsələni təsdiq etməsindən sonra Ermənistan rəsmiləri bir neçə dəfə müxalifətli və iqtidarlı "İsgəndər-M" raketlərinin 44 günlük müharibədə Azərbaycana qarşı istifadə edildiyini bildirmişdi. Hətta Nikol Paşinyan Serj Sarkisyanı günahlandırmaq üçün çıxışında bildirdi ki, bəli, biz "İsgəndər-M" raketlərindən istifadə etmişik, lakin 10 faiz partladı. Bununla da Ermənistanın baş naziri raketin yararsız olduğunu açıqlamış oldu. Bu günlərdə məsələ rəsmi təsdiqini tapdıqdan sonra Ermənistanın eks-müdafiə naziri bilavasitə olmasa da, dolayısı yolla həmin raketlərdən istifadəni inkar etmədi. Bundan əvvəl isə Ermənistanın müdafiə nazirliyinin nümayəndələrindən biri bildirmişdi ki, hara atdığını deməyəcəklər, amma raketlərdən istifadə edilmişdi. Hər iki tərəfin təsdiqlənməsindən sonra növbə təbii ki, istehsalçı ölkə Rusiyadadır. Bu raketlər yalnız Rusiya ordusundadır. Belə olan halda "İsgəndər-M" raketlərinin Ermənistanda olması xüsusilə maraqlıdır".

Ekspert əlavə edib ki, bu raketlərin satışına icazə verilmir:

“İkincisi, o raketlərin satılmaması haqqında əvvəlcədən məlumat verilmişdi. Ən əsası Ermənistanda quldur və cinayətkar bir ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlar daima azərbaycanlılara qarşı nifrətləri ilə seçilirlər. "İsgəndər-M" raketlərinin istifadəsi birbaşa Rusiyanın nəzarəti altındadır. Biz onlardan bununla bağlı bəyanat eşitmək istəyirik. Peskovsa bunu inkar edir. Bu, artıq o deməkdir ki, araşdırmaya və yeni bir bəyanata ehtiyac var. Bir neçə ay əvvəl Rusiyanın Müdafiə Nazirliyinin nümayəndələri bildirmişdi ki, raketlər hələ də anbarlardadır. Amma "İsgəndər-M" raketləri göyərti deyil, daşınması çətin olan iri həcmli bir silahdır. Odur ki, real olmayan bəyanatlardansa real mənzərəni ortaya qoymaq lazımdır.

Müharibə dövründə Britaniya jurnallarının birində sensasion başlıqlı məqalə yayımlanmışdı. Qeyd olunmuşdu ki, "İsgəndər-M" raketlərindən Azərbaycanın mərkəzinə də atılmışdı, lakin onlar müdafiə sistemləri tərəfindən dərhal zərərsizləşdirilmişdi. Bu, onu göstərir ki, Azərbaycanın Ordusunun uğurlu həmlələri, xüsusilə Şuşanı azad etməsi və ondan sonrakı proseslər kimlərinsə xoşuna gəlməyib və onlar hər vəchlə Azərbaycanı dayandırmaq istəyiblər. Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin öhdəsinə məsuliyyət düşür. Fakt odur ki, Ermənistan bunu təsdiqləyib. Ən azı beynəlxalq təşkilatlar Ermənistanda araşdırmalar aparılmalı və izahat tələb etməlidir. Ötən həftə Avropanın, Türkiyə və Ukraynanın bununla bağlı xəbərlər yaydığının şahidi olduq. Onlar da bunu insanlığa qarşı cinayət adlandırdılar. İndi biz qərb ölkələrini, aidiyyəti strukturların bu məsələ ilə bağlı bəyanat verməsini gözləyirik”.

Ekspert onu da bildirib ki, "İsgəndər-M" raketlərnin Ermənistana satılması təsdiqlənməyib, odur ki, bu, Azərbaycan Rusiya münasibətlərinə və üçtərəfli bəyanatda olan roluna xələl gətirə bilər.

“Bəzi ölkələrin Ermənistan ordusunu modernləşdirmək istəyi, pulsuz silah satması işğalçını daha çox şirnikləşdirirdi. Onsuz da müharibədən əvvəl Bakını "İsgəndər"lərlə təhdid edirdilər, digər şəhərlərimizdə də hücumda istifadə edəcəklərini deyirdilər. İşğalçını pulsuz şəkildə silahlandırmaq o deməkdir ki, torpaqlarımızın işğal olunması təkcə Ermənistan və Azərbaycan arasında olan məsələ deyil. Biz çox yaxşı bilirik ki, 200 il ərzində Ermənistan adı altında bəzi dövlətlər Azərbaycana qarşı öz mərkli planlarını və dövlət maraqlarını Cənubi Qafqazda həyata keçiriblər. Ermənilərin arxalandığı qüvvələr var idi”.