"Fransa dərhal ATƏT-in Minsk qrupundan qovulmalıdır"

"Bilmir qazanda bişən nədir, deyir bir çömçə də mənə ver"

"Fransa prezident Emmanuel Makronun facebook sosial şəbəkəsində erməni dilində status yazıb, erməniləri açıq şəkildə dəstəkləməsi Azərbaycanda çox böyük etiraza səbəb olub. Bu gün minlərlə soydaşımız Makronun həmin statusuna şərh yazıb, Makronun riyakar siyasətçi olduğunu bildirib."

Bu açıqlamanı BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Fransa prezidentin mövqeyi bir dövlət başçısına yaraşmayan hərəkətdir və heç bir əsası olmadan Azərbaycan dövlətini ittiham etmək ən azından ədalətsizlikdir:

"Bizim xalqının çox yaxşı bir el misalı var. Bilmir qazanda bişən nədir, deyir bir çömçə də mənə ver. İndi, bu Makron bilmir baş verən hadisənin əsasında nə durur, dərhal dövlətimizi ittiham edir. Hamı bilir ki, 10 noyabr bəyamnaməsindən sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasyasi və delimitasiyası müəyyənləşir. Yəni 30 il Ermənistan öz sərhdələrindən kənarda yerləşmişdi və bu gün Ermənistanı SSRİ dövründəki sərhdələrinə qaytarırıq. Buna görə niyə Makron qəzəblənir ki? Hətta utanmadan Azərbaycana böhtan atır ki, guya Azərbaycan Ermənistanın ərazisinə daxil olub. Bütün bunları onu deməyə əsas verir ki, Makron açıq şəkildə erməni sevgisini ortaya qoyub və Azərbaycan qarşı qərəzlidir."

Niyaməddin Orduxanlının sözlərinə görə, Fransanın ATƏT-in Minsk qrupunda qalması heç bir halda yolverilməzdir:" Birinci növbətə Qarabağ münaqişəsi öz həllini müharibə yolu ilə tapıb. Ermənistan kapitulyasiya aktına imza atıb. 6 aydır müharibə bitib. Minsk qrupu 30 ildə mənasız yerə fəaliyyət göstərib. Heç bir iş də görməyib. Özünə hörmət edən dövlət və onun prezidentin erməni sevgisi ola ola Mins qrupunda qalması, ayıbdır. Özləri kənarlaşmalıdır. Və gözləməməlidilər ki, Azərbaycan xalqı Fransanı iti qovan kimi qovsunlar. Digər tərəfdən də, dediyim kimi, 3 tərəfli bəyamnamə ilə artıq Zəngəzur dəhlizinin açlışı və digər önəmli addımlar atılmaqdadır. Kimə laızmdır Minsk qrupu?! Siz Makronun ermənilərə yazdığı dəstək statsunda soydaşlarımızın rəylərini oxuyun. Mən də Makronun həmin statsuna öz rəsmi profilimə rəy yazdım ki, özünə hörmət edən və abır-həyası olan prezident ATƏT Minsk qrupundan könüllü olaraq uzaqlaşmalıdır. Və gözləməməlidir ki, Azərbaycan xalqı Fransanı Minsk qrupundan qovsun! Mənim kimi minlərlə soydaşımız Makrona etiraz rəyi yazırlar..."