“Füzuli Beynəlxalq Hava Limanın təhlükəsizliyinin təmin edilməsi Türkiyə hərbiçilərinə də tapşırıla bilər” “Füzuli Beynəlxalq Hava Limanın təhlükəsizliyinin təmin edilməsi Türkiyə hərbiçilərinə də tapşırıla bilər”

Ərdoğanın Qarabağa səfərinin pərdəarxası detalları

“Füzuli Beynəlxalq Hava Limanın təhlükəsizliyinin təmin edilməsi Türkiyə hərbiçilərinə də tapşırıla bilər”

8 noyabr 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana, işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edəcək. Bu səfərin pərdəarxası detalları nədən ibarətdir?

Bununla bağlı Atlas Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov AzNews.az analitik-informasiya portalına danışıb.

O bildirib ki, bu səfər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yeni tikilmiş Füzuli Beynəlxalq Hava Limanın açılışında iştirak edəcəklər.

"Xatırlatmaqda fayda var ki, son günlər İran və Azərbaycan arasında gərginlik sürətlə artmaqdadır. Hətta İran tərəfi sentyabr ayının 20-dən sonra ilk dəfə idi ki, Azərbaycanla sərhəddə Aslandüzdən başlayaraq İran Culfasına kimi geniş bir ərazidə hərbi təlimlərə başladı. İran tərəfi bu təlimləri Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirdi. Bu hadisə Azərbaycan və İran arasında ciddi gərginliyin yaranmasına səbəb oldu. Azərbaycan Prezidenti İlham Əliyev İranın atdığı bu addıma sərt reaksiya verdi. Türkiyə isə İranın atdığı addıma cavab olaraq Türkiyə-İran sərhəddinə qoşun yığdı. Türkiyə PUA-ları Türkiyə-İran sərhəddində fasiləsiz uçuşlara başladılar. 29 sentyabr 2021-ci ildə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər etdi. Orada Rusiya Prezidenti Vladimir Putinlə görüşdü. Bu görüş zamanı tərəflərin müzakirə etdiyi məsələlər sırasında Suriya ilə birgə Qarabağ məsələsinin də olduğu bildirildi. Ərdoğanın Soçi səfərindən bir gün sonra isə Türkiyə Prezidentinin Azərbaycana səfər edəcəyi və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi haqqında məlumatlar yayılmağa başladı. Baş verən prosesləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, Türkiyə Prezidentinin bir ildə iki dəfə Azərbaycana baş tutacaq səfərinin mahiyyəti böyükdür", - deyə S. Hümbətov vurğulayıb.

Ekspert qeyd edib ki, səfər həm region dövlətlərinə, həm də regionda marağı olan digər güc mərkəzlərinə ciddi mesaj xarakteri daşıyır: “Əslində Türkiyə bununla qarşı tərəflərə mesaj verir ki, Azərbaycan regionda tək deyil. Biz hər zaman Azərbaycanın yanındayıq. Onu da qeyd etmək lazımdır ki, son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsində erməni terrorçuları tərəfindən yenidən gərginliyn artırılması, bir hərbi qulluqçumuzun şəhid edilməsi isə Ərdoğanın Azərbaycana səfərindən narahat olan qüvvələr tərəfindən təşkil edilmiş təxribat kimi də qiymətləndirilə bilər”.

Samir Hümbətovun sözlərinə görə, Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanın açılışından sonra hava limanının təhlükəsizliyinin təmin edilməsi Türkiyə hərbiçilərində də tapşırıla bilər. Bu isə hava limanına qarşı hər hansı təxribatın olma riskini tamamilə aşağı salmış olacaq.

Şəbnəm Zahir