“Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına aid, demək olar ki, bütün ölkələri ələ almaq istəyir, amma bu, Azərbaycana aid deyil” “Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına aid, demək olar ki, bütün ölkələri ələ almaq istəyir, amma bu, Azərbaycana aid deyil”

Kremlin “SSRİ-2" planı - Putin yalnız Azərbaycana dəyməyəcək iddiası

“Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına aid, demək olar ki, bütün ölkələri ələ almaq istəyir, amma bu, Azərbaycana aid deyil”

Bu sözləri məşhur ukraynalı jurnalist Dmitri Qordon “Ukrayna 24" kanalının efirində deyib. Onun sözlərinə görə, Putin ”Maksimum proqramı"nı həyata keçirmək niyyətindədir.

“Bura Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr, Özbəkistan, Türkmənistan və Tacikistan aiddir. Qırğızıstanla Ermənistanı da bu siyahıya ala bilərəm, amma Azərbaycanı qatmayacam. Azərbaycanla çətin olar, o, Türkiyənin maraq dairəsindədir. Onun çox yaxşı ordusu, güclü silahı var. Çətin olacaq”, - deyə o bildirib.

Belə çıxır ki, Putinin “SSRİ-2" planı Ukrayna müharibəsi fonunda da öz aktuallığını saxlayır? Belədirmi? ”SSRİ-2" bir yana, Putin heç Rusiyanın özünü qoruya biləcəkmi?

Siyasi şərhçi Əhəd Məmmədli Kremlin xülyasını gerçəkləşdirmək gücündə olmadığını söylədi: “Qordonun bu dediklərindən əvvəl Lukaşenkonun da bu haqda çıxışı olmuşdu. O, Solovyovun Rusiyanın başçılığı altında yeni ittifaq qurulacağı sualına bir çox postsovet ölkələrini daxil etmişdi. Amma Azərbaycanı bu siyahıdan çıxarmışdı. Qordon kimi Lukaşenko da demişdi ki, Azərbaycanın Türkiyə kimi güclü müttəfiqi var. Fikir verin, Lukaşenko və Qordonun - bir-birilərinə qarşı düşmən cəbhələrdə yer alan bu iki şəxsin Azərbaycana gəldikdə fikirləri üst-üstə düşür.

Əhəd Məmmədli: İsrail bütün etdiklərinin bədəlini ödəyəcək - Islam Times

Əhəd Məmmədli: “Qardaş Türkiyə Azərbaycanın təhlükəsizlik zolağıdır”

Çünki dünyada analoqu, ikinci belə nümunəsi olmayan Azərbaycan-Türkiyə ittifaqı düşmənlərə göz dağı, dostlara isə nümunədir. Biz illərdir ki, əbəs yerə Türkiyə-Azərbaycan dəmir ittifaqının vacibliyindən danışmırıq. Türkiyənin güclü olması Azərbaycanın dövlət maraqlarına tam cavab verir. Çünki qardaş Türkiyə Azərbaycanın təhlükəsizlik zolağıdır. O ki qaldı Putinin SSRİ xülyalarına, bu Ukrayna müharibəsində puça endi. 2 aydan çoxdur ki, bir postsovet respublikasını ram edə bilməyən Rusiya necə digərlərini ram edəcək? Ukrayna müharibəsi Rusiyanın o gücdə olmadığını göstərdi. Rusiya indi Ukraynadan necə imicini qoruyub çıxmaq haqqında düşünür. Bu onlarda nə qədər alınacaq bunu vaxt göstərəcək”.

Baydenin qərarsızlığı və çəkingənliyindən istifadə edən Kreml istədiyi kimi  davranır

Bütün bunlara baxmayaraq, demək istəyirəm ki, Putin üçün bu ideya çoxdan ön plandadır və bunun həyata keçirilməsi üçün bütün variantlardan istifadə etməyə çalışıb. Amma deyildiyi kimi, bu plana Baltik respublikalarının da daxil olmasına inanmıram. Çünki Putin yaxşı anlayır ki, Baltik respublikaları Avropa İttifaqına və NATO-ya daxil olduqdan sonra onlara qarşı hər hansı fəaliyyət Avropa İttifaqı və NATO-ya qarşı olan fəaliyyət kimi dəyərləndiriləcək. O səbəbdən həmin respublikalar xaric digər, 11 respublikanın hamısı ilə bağlı planları qüvvədədir. Deyildiyi kimi, Azərbaycanın bu plana aid olmaması fikri ilə də razı deyiləm. Azərbaycan digər respublikalardan fərqli hərbi, siyasi və iqtisadi siyasət yeritsə də, Türkiyə ilə müttəfiqlik münasibətlərində olsa da, iqtisadi, coğrafi vəziyyətinə görə hər zaman Rusiyanın maraq dairəsində olub və bundan imtina etməyi planlaşdırmır. Bu cür fikirləri ortalığa atmaqla Azərbaycan xalqını arxayınlaşdırmaq da zərərlidir. Əksinə, biz hər zaman Rusiyadan zərbə ala biləcəyimizi gündəmdə saxlamaqla özünüqoruma instiktimizi daim hazır tutmalıyıq .

Ümumiyyətlə, yuxarıda dediklərim Kremlin planları və fikridir. Bunların həyata keçməsi perspektivinə isə inanmıram. Bu gün üçün Lukaşenko timsalında Belarus xaric, Rusiyanın yaxın müttəfiqi yoxdur. Bütün sahələrdə ondan asılı olan Ermənistan belə sağa-sola manevr etməklə qorunmağa çalışır. Hətta Orta Asiya respublikalarında belə əhali, ziyalılar arasında gedən antirusiya kampaniyası Kremlin planlarının həyata keçirilməsi imkanlarını sıfıra endirir. Hazırda Ukrayna bataqlığında çapalayan, Qərbin və ABŞ-ın ağır sanksiyaları altında boğulan, bu gedişlə bir neçə yerə parçalanma təhlükəsi yaşaya biləcək bir dövlət öz mövcudluğunu qorumaq haqqında düşünməlidir. Belə fikirlərin həyata keçirilməsi imkanları o zaman müəyyən mənada real görünə bilər ki, Rusiya ABŞ və Qərb qarşıdurmasından qalib çıxsın, bu qalibiyyətlə hamı hesablaşsın və iqtisadi cəhətdən yüksəlişə nail olsun. Belə olacağı halda hətta Avropanın əksər dövlətləri belə Rusiya ilə yaxınlaşa bilər. Amma belə bir gedişatın olması möcüzədən də üstün bir halın olmasıdır ki, buna heç kim inanmır. Yəni Rusiyanın indiki durumunda istənilən ad altında postsovet respublikalarını toplayıb dövlət kimi formalaşdırması xəyal olaraq qalacaq".

Niyaməddin Orduxanlı: “Putin bu ordu ilə SSRİ qurmaq istəyir?”

Politoloq Niyaməddin Orduxanlı da “SSRİ-2"nin qurulmasını tamamilə mümkünsüz hesab edir: ”Putinin SSRİ-ni bərpa etməsi söhbəti uzun illərdir müzakirə mövzusudur. Bu məsələni həm Qərbin, həm də Avropanın tanınmış siyasətçiləri də mediada müzakirə edirlər. Bəzən beynəlxalq tribunalardan bu fikir səslənir. Ancaq dəfələrlə Putinin özü, həm də Kremlin sözçüsü Dmitri Peskov SSRİ-nin bərpa olunmasını təkzib ediblər. Sual oluna bilər ki, 70 il SSRİ-nin dağılmasına çalışan və milyonlarla vəsait xərcləyən Amerika və Avropa imkan verərmi ki, Putin “SSRİ-2"ni qursun?! Şəxsən mən buna inanmıram. SSRİ 1991-ci ilə qədər indiki Rusiyadan 100 dəfələrlə güclü idi və dünyanın böyük hissəsinə nəzarət etmək imkanına sahib idi. Belə vəziyyətdə ABŞ SSRİ-ni dağıtdı. Ukraynalı jurnalist Dmitri Qordon ”Ukrayna 24" kanalının efirindən Putinin Azərbayandan kənar Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr, Özbəkistan, Türkmənistan və Tacikistan, Qırğızıstanla Ermənistan da daxil SSRİ-ni qurması planından danışır. İki ay yarımdır Ukraynada müharibə aparan Rusiya hansı uğura imza atıb? Rusiya ordusunun 2-3 günə Ukraynanın bütün ərazisini işğal edəcəyini düşünən Putin böyük çətinliklə qarşılaşıb. Artıq yaxşı başa düşür ki, Rusiya ordusu ilə bağlı düzgün hesablama aparmayıb. Ordusu açınacaqlı durumdadır. Putin bu ordu ilə SSRİ qurmaq istəyir?! 65 gün ərzində Qərbin və Avropanın Rusiyaya tətbiq etdiyi ağır sanksiyalar Rusiyaya trilyon dollarlıq ziyan vurmaqdadır. Belə vəziyyət uzun müddət davam edəcəksə, Rusiyanın özündə sosial durumu həddindən artıq ağır vəziyyətə gətirib çıxara bilər. Yəni sosial partlayışlar yaşana bilər. Qərb də daha çox bunu düşünür, yəni daxildən Putinin devrilməsi planı. Digər tərəfdən adları çəkilən ölkələr və xalqlarda SSRİ-ni görməyən nəsillər formalaşıb. Dünyanın inkişaf səviyyəsini çox yaxşı bilirlər. Və bu xalqlar imkan verməz ki, Putin istədiyi addımı atsın.

Dmitri Qordon çox doğru deyib ki, Azərbaycan və qardaş Türkiyə heç vaxt imkan veməz ki, Putin Azərbaycanı işğal edib, SSRİ qursun. İnan ki, milyonlarla insan azadlığımız və müstəqilliyimiz uğrunda öz canından keçməyə hazır olar. Heç inanmıram ki, Rusiya üçün bu gün iki önəmli dövlət olan Türkiyə və Azərbaycanla münasibətləri Kreml pozsun. Bu gün hamını daha çox bir sual düşündürür ki, görəsən, Ukrayna-Rusiya müharibəsi bitəndən sonra Putin hakimiyyətdə qala biləcəkmi? Bu sualın cavabını isə gələcək zaman verəcək".