Millət vəkili Fəzail İbrahimli Masallıda növbəti vətəndaş qəbulu keçirdi

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Fəzail İbrahimli 22 noyabr 2025-ci il tarixində Masallı rayonunun Banbaşı kəndində vətəndaş qəbulu keçirib. Görüşdə Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərinin sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl millət vəkili Banbaşı kəndində şəhidlərin şərəfinə ucaldılmış abidəni ziyarət edib, abidə üzərinə gül dəstələri düzüb. Millət vəkili qeyd edib ki, şəhidlərin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və onların keçdiyi qəhrəmanlıq yolu gənc, vətənpərvər nəslin formalaşmasında mühüm örnəkdir.

Daha sonra Banbaşı kənd inzibati ərazi dairəsinin binasında sakinlərin müxtəlif məzmunlu təklif və şikayətləri dinlənilib, müraciətlər qeydə alınıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər məsələlərlə bağlı isə qanunvericilik çərçivəsində müvafiq addımların atılacağı bildirilib.

AzNews.az

image description