Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən hansısa bir şəxsə qarşı bu hal baş versəydi, şübhəsiz ki, Azadlıq Radiosu dərhal bununla bağlı məlumatlar yayardı Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən hansısa bir şəxsə qarşı bu hal baş versəydi, şübhəsiz ki, Azadlıq Radiosu dərhal bununla bağlı məlumatlar yayardı

Elçin Mirzəbəyli: "Molla rejimi öz əleyhdarlarını fiziki cəhətdən susdurmaq yolunu seçir"

Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən hansısa bir şəxsə qarşı bu hal baş versəydi, şübhəsiz ki, Azadlıq Radiosu dərhal bununla bağlı məlumatlar yayardı

“Baş verən hadisənin sui-qəsd cəhdi olma ehtimalı daha çoxdur. Məlum olduğu kimi molla rejimi ona zidd olan insanlara qarşı dünyanın müxtəlif ölkələrində terror aksiyaları həyata keçirir”.

Bunu AzNews.az-a Günaz.TV-nin rəhbəri Əhməd Obalıya qarşı ABŞ-da keçirilən terror aktına münasibət bildirərkən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi, ekspert Elçin Mirzəbəyli deyib.

E. Mirzəbəyli bildirib ki, Əhməd Obalı həm Güney Azərbaycanda, həm də bütövlükdə azərbaycanlılar arasında yüksək nüfuza malik olan bir şəxsdir: "O, uzun illərdir ki, bir media mənsubu kimi Güney Azərbaycan türklərinin hüquqlarını müdafiəçisi kimi fəaliyyət göstərir. Onu da qeyd edim ki, fəaliyyəti hərhalda millətimiz tərəfindən yüksək qiymətləndirilib. Baş verən hadisənin sui-qəsd cəhdi olma ehtimalı daha çoxdur. Məlum olduğu kimi molla rejimi ona zidd olan insanlara qarşı dünyanın müxtəlif ölkələrində terror aksiyaları həyata keçirir. Bu cəhd də ola bilsin ki, İran adlanan ölkənin sərhədlərindən kənarda yerləşən həmvətənlərimizin susdurulmasına xidmət edən bir addımdır. Faktiki olaraq irəli sürülən tələblərə və ya fikirlərə qarşı heç bir alternativi olmayan molla rejimi öz əleyhdarlarını yalnız fiziki cəhətdən susdurmaq yolunu seçir. Bu mövqedən də sui-qəsd və terrora cəhd olduğunu görmək mümkündür".

Ekspert qeyd edib ki, bununla bağlı şübhəsiz ki, Birləşmiş Ştatların rəsmi qurumlarının, o cümlədən ABŞ-nin Azərbaycandakı səfirliyinin bir məlumatı olmalıdır: “ABŞ-nin Azərbaycandakı səfirliyi nəzərə almalıdır ki, Əhməd Obalıya və oğluna qarşı törədilən sui-qəsdə cəhd Azərbaycanda həssaslıqla qarşılanır və bu haqda Azərbaycan ictimaiyyətinə intensiv formada məlumatlar vermək lazımdır”.

O sonda Azadlıq Radiosunun bu hücumla bağlı məlumat yaymaması barədə danışarkən buna tamamilə təbii yanaşmaq lazım olduğunu deyib: "Çünki Azadlıq Radiosu və bu kimi təsisatlar üçün əsas kontekst bu və ya digər ölkənin ərazisində təmsil etdikləri təsisatların yaxud dövlətlərin maraqları kontekstindən informasiyalar ötürməkdən ibarətdir. Bu təsisatlar təbliğat, təxribat resurslarıdır. Bunlar informasiya daşıyıcıları deyil ki, informasiya versin. Yanaşmada məhz bu amil dayanır. Yəni Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən hansısa bir şəxsə qarşı bu hal baş versəydi, şübhəsiz ki, Azadlıq Radiosu dərhal bununla bağlı məlumatlar yayardı. İkili standartlar və qərəz Azadlıq Radiosunun mahiyətindədir. O baxımdan da Əhməd Obalı ilə bağlı bu məsələdə də fərqli bir mövqe gözləməyə dəyməz”.

Rəşid Qarayev